Ramazan ayında oruc tutmamaq böyük günahlardandır. Müsəlman bir kimsə özünü Allahın qəzəbindən və cəzasından özünü qorumalıdır. «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır». (ət-Təhrim 6). Əbu Uməmə əl-Bəhili – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Yatdığım zaman yanıma iki nəfər gəldi. Məni qollarımdan tutub, çıxılması olduqca çətin olan bir dağın yanına gətirdilər və çıx dedilər». Mən bunu bacarmaram dedikdə: «Biz onu sənin üçün asanlaşdırarıq, dedilər». Mən də dağa çıxdıqda dağın təpəsindən olduqca dəhşətli səslər eşitməyə başladım. «Bu səslər kimin səsləridir?» dedim: «Bunlar Cəhənnəmliklərin ulaşmalarıdır, dedilər». Sonra məni götürüb, topuqlarından asılmış bir topluluğun yanına gətirdilər. Ağızları parça-parça olmuş, ağızlarından qan axırdı. Mən dedim: «Bunlar kimlərdir?» Bunlar oruc açmaları halal olmadan qabaq oruclarını yeyənlərdir.