www.zuxruf.page.tl
Vaxt gedir  
  ANA SƏHİFƏ
  ƏQİDƏ
  ISLAM
  ŞƏHADƏT
  TЦVHID
  İSTİVA
  ƏRŞ VƏ KURSİ
  QİYAMƏT GЬNЬ MЦMİNLƏRİN RƏBLƏRİNİ GЦRMƏLƏRİ
  MƏHƏMMƏDUN RƏSULULLAH
  NAMAZ VƏ ZƏKAT
  ORUC
  HƏCC
  Gallery
  ƏLAQƏ
  CHAT.MUSLIM
  NAMAZIN MЬXTƏSƏR TƏLİMİ
NAMAZIN MЬXTƏSƏR TƏLİMİ


Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz Allahın verdiyi vaxtın cüzi hissəsini
aprır. Allah Quranda insanlara əmr edir: “Namaz qılın...” (Qurani-kərim, əl-Bəqərə/110), “... Mənə ibadət etməyi
təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!” (Əl-Mumin/60). Namaz insani pis əməllərdən
çəkindirir: “Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir. ” (əl-Ənkəbut/45)
Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır:
1. Sübh (2 rükət) - “...sübh namazını da qıl!”. (əl-İsra surəsi/78).
2. Zöhr (4 rükət)-”Günortadan [gün batmağa meyl edəndən]...namaz qıl!” (Əl-İsra/78).
3. Əsr (4 rükət)-”...xüsusi ilə orta namaza riayət edin!”. (Əl-Bəgərə/238).
4. Məğrib (3 rükət)-”Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [laziminca] namaz [zöhr, asr, məğrib
və işa] qıl”. (Əl-İsra/78).
5. İşa (4 rükət)-”Gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa namazları] qıl!”. (Əl-İsra/78)
Yuxarıdakılara əlavə dəlil: ”[Ya Məhəmməd!]Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yəni səhər,
güorta və günbatan çağı və ya iki başında: yəni-axşam] və gecənin [gündüzə yaxın] bəzi saatlarda [axşam və gecə vaxtı]
qıl!”. (Hud/114).
Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5
müxtəlif vaxda təyin olunmasını dəlalət edir.
Unutmaq olmaz ki, hər namaz vaxtında qılınmalıdır.
Allah Təalə Qurani-kərimdə buyurur: “Həqiqətən namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir”. (Ən-
Nisa/103). “Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb,
ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barədə sizə rüsfət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi,
onun yerinə gündə 5 vaxt namaz qılmağı buyurdu]” (Əl-Müzəmmil/20).
Hər bir müsəlmana Cümə namazına getmək vacibdir (qadınlar və uşaqlar müstəsnadır). “Ey iman gətirənlər! Cümə günü
namaza çağırıldığı zaman, Allahi zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!”.
(Əl-Cümə/9).
Tərcümə
(diqqət! Namazın tərcüməsi onun mənasını anlamanız üçündür, azərbaycan dilində namaz qılmaq üçün deyil)
Təkbir: Allah ən böyükdür!
Qıyamda: Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə alqış (həmd) olsun! Sənin adın mübarəkdir, əzəmətin
ucadır! Səndən başqa İlahi yoxdur! Lənətlənmiş şeytandan Allaha sığınıram!
Fatihə surasi: Rəhmli, Mərhəmətli Allahın adı ilə!
Həmd (şükr və tərif) olsun Allaha, aləmlərin Rəbbinə. (Bu dünyada hamıya) Rəhmli, (axiraətdə isə
ancaq möminlərə) Mərhəmətli olana. Haqq-hesab (Qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət
edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna!
Qəzəbə düçar olanların və (haqdan) azanlarınyoluna yox! İlahi duamı qəbul et!
İxlas surəsi: Rəhmli, Mərhəmətli Allahın adı ilə! De, (Ey Məhəmməd!): O Allah təkdir! (Heç bir şəriki yoxdur).
Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır. O, əzəli və əbədidir). O, nə doğmuş,
nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur!
Təkbir: Allah ən böyükdür!
Rükuda: Mənim Əzəmətli Rəbbim bütün nöqsanlardan uzaqdır!
Rükudan qalxanda: Allah Ona alqış (həmd) deyənləri eşidər!
Qıyamda: Ey Rəbbimiz! Sənə alqışlar olsun!
Təkbir: Allah ən böyükdür!
Səcdədə: Mənim uca Rəbbim bütün nöqsanlardan uzaqdır!
Təkbir: Allah ən böyükdür!
Səcdələr arasında: Ey Rəbbim, məni bağışla!
Təkbir: Allah ən böyükdür!
Səcdədə: Mənim uca Rəbbim bütün nöqsanlardan uzaqdır!
Təkbir: Allah ən böyükdür!
Təşəhüddə: Bütün alqışlar, dualar Allaha, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənəsalam olsun,
Allahın mərhəmətli və bərəkəti yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən
şəhadət ediraəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şəhadət ediram ki, Məhəmməd
Onun qulu və elçisidir. Allahım, Məhəmmədə və onun ailəsinə də, İbrahimə və onun ailəsinə xeyir-dua
verdiyin kimi xeyir-dua ver! Məhəmmədə və onun ailəsinə də İbrahima və onun ailəsinə bərəkət
verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlaralayiq və şan şövkətlisən!
Allahım! Həqiqətən, məni cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və
yalançı məsihin fitnəsinin şərindən Sənə sığınıram.
Salamlar:
Saga Sizə salam olsun və Allahın mərhəməti yetişsin!
Sola Sizə salam olsun və Allahın mərhəməti yetişsin!
 
 
   
Today, there have been 8 посетителей (26 хитов) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free