www.zuxruf.page.tl
Vaxt gedir  
  ANA SƏHİFƏ
  ƏQİDƏ
  ISLAM
  ŞƏHADƏT
  TЦVHID
  İSTİVA
  ƏRŞ VƏ KURSİ
  QİYAMƏT GЬNЬ MЦMİNLƏRİN RƏBLƏRİNİ GЦRMƏLƏRİ
  MƏHƏMMƏDUN RƏSULULLAH
  NAMAZ VƏ ZƏKAT
  ORUC
  HƏCC
  Gallery
  ƏLAQƏ
  CHAT.MUSLIM
  NAMAZIN MЬXTƏSƏR TƏLİMİ
İSTİVA

     İstiva – Allah – subhanəhu və təala – nin feli sifətlərindəndir. İstiva – üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir. Allahın yeddi səmanın üstündə yaratdıqlarından ayrı olaraq Ərşin üzərinə istiva etdiyinə və elmi ilə hər bir şeyi əhatə etdiyinə iman gətirilməlidir. Qatadə b. ən-Numan – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyururdu: «Allah yaratmağı qurtardıqdan sonra ərşin üzərinə istiva etdi».
      Bu kəlməni Müxaliflərin yozduqları kimi zəbt etdi, hökmü altına aldı, qüdrəti ilə və s. mənalar ilə dəyişməməliyik. İstiva – məlumdur, keyfiyyəti isə məchuldur. Ona iman gətirmək isə vacibdir. Əbu Nuaym Cəfər b. Abdullah deyir ki, biz imam Məlik – rahmətullahi aleyhi – nin yanında idik. Bir nəfər: «Ey Abdullahın atası! Allah Ərşə necə istiva etdi?» İmam Məlik – rahmətullahi aleyhi – bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuqla yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini atdı və: «Necəliyi ağılla dərk olunmaz. İstiva Allah üçün məlumdur. Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu adamın qovulmasını əmr etdi».
      Allah – subhanəhu və təala – Qurani Kərimdə yeddi yerdə: əl-Əraf 54, Ta ha 5, ər-Rad 2, Yunus 3, əs-Səcdə 4, Furqan 59, əl-Hədid 4-də ALƏ – üzərinə ön qoşması ilə, «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). İki yerdə isə: əl-Bəqərə 29, Fussilət 11-də İLƏ – tərəf ön qoşması ilə, «Sonra səmaya tərəf üz tutaraq». (əl-Bəqərə 29) –də İstiva etdiyini bəyan etmişdi.
      Müxaliflər İstiva kəlməsini bir çox mənalar ilə dəyişmişlər. Bunlardan ən məşhuru İSTİVA – sözünə – şəkilçisi artıraraq İSTƏVLƏ – zəbt etmək, hökmü altına almaq mənasıdır. Heç bir qrammatika alimləri bu sözlərin eyni məna ifadə etdiklərini qeyd etməmişlər. İSTİVA – felin səkkizinci fəslinə aiddir və kökü Sin, Vav, Və – dən ibarətdir. Əlif və Tə artırılaraq əmələ gəlib. İSTƏVLƏ – felin onuncu fəslinə aiddir və kökü Vav, Ləm, Və – dən ibarətdir. Əlif Sin artırmaqla düzəlir.
      Həmçinin bizə Qurani – Kərimdən göründüyü kimi, sonra ərşə yüksəldi. Muxaliflərin dediyi kimi olsa, sonra hökmü altına aldı – belə çıxır ki, əvvəl Ərş Allahın hökmü altında deyildi, həmçinin hökmü altına almaq acizliyin əlamətidir. Allah əvvəl aciz olub, sonra güc toplayaraq öz hökmü altına alıb. İkinci tərəfdən əgər Allah, onların dediyi kimi Ərşi hökmü altına alıbsa bəs qalan məxluqlar necə? Biz bilirik ki, Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl də her bir şey Allahın hökmü altında olub və olacaqdır.

 
 
   
Today, there have been 15 посетителей (34 хитов) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free