www.zuxruf.page.tl
Vaxt gedir  
  ANA SƏHİFƏ
  ƏQİDƏ
  ISLAM
  ŞƏHADƏT
  TЦVHID
  İSTİVA
  ƏRŞ VƏ KURSİ
  QİYAMƏT GЬNЬ MЦMİNLƏRİN RƏBLƏRİNİ GЦRMƏLƏRİ
  MƏHƏMMƏDUN RƏSULULLAH
  NAMAZ VƏ ZƏKAT
  ORUC
  HƏCC
  Gallery
  ƏLAQƏ
  CHAT.MUSLIM
  NAMAZIN MЬXTƏSƏR TƏLİMİ
TЦVHID

Allah – sübhanəhu və təala – hər bir þeydə birdir. Zatýnda, əməlində, Ýsim və Sifətlərində də. Ýbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqla da birdir. Bu sayýlanlarýn heç birində ortaðý (þəriki) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən və þəfa verməkdə də ortaðý (þəriki) yoxdur.
      «Həqiqətən rəbbiniz göyləri və yeri altý gündə xəlq edən, sonra ərþə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəþi, ayý və ulduzlarý əmrinə tabe edərək yaradan Allahdýr. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür». (əl-Əraf 54). «Ey insanlar! Allahýn sizə olan nemətini yada salýn. Allahdan baþqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmý? Ondan baþqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?». (Fatir 3).
      Tövhid – sözünün mənasý bir þeyi bir etmək, birləþmək deməkdir. Bu ancaq nəfy və isbatla olur. Termin olaraq Tövhid – yalnýzca uca və böyük olan Allaha ibadət etmək deməkdir. Yəni ona heç bir þeyi ortaq (þərik) qoþmayacaq nə bir rəsul, nə bir peyðəmbər, nə bir mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nə bir seyyid, nə bir daþ, aðac, dəmir, nə də yaradýlmýþlardan hər hansý bir þeyi ona – Allaha ortaq (þərik) qoþmayaraq bir və tək olaraq ona ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatýný umaraq, cəzasýndan qorxaraq yalnýzca Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq görməkdir. Bu da Nuh – əleyhissəlam – dan, nəbimiz Məhəmməd –
səllallahu aleyhi və səlləm
– ə qədər gələn bütün peyðəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid də Lə iləhə illəllah – kəlməsinin mənasýný ifadə edir. Bütün Peyðəmbərlərin dəvət etdiyi Tövhid də elə budur. Yəni Allahdan baþqa ibadətə layiq heç bir haqq ilah yoxdur.
      Məkkə dövrünün müþrikləri bilirdilər ki, hər bir þeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca və böyük Allahdýr. «De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən ölü çýxaran kimdir, hər iþi düzüb qoþan səhmana salan kimdir. Onlar Allahdýr deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdýr. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunis 31-32). «De ki, əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir? Onlar mütləq Allahýndýr. Sən de ki, bəs elə isə düþünmürsüz. De ki, yeddi göyün Rəbbi və böyük əzəmətli ərþin sahibi kimdir? Müþriklər «mütləq Allahýndýr» deyə cavab verəcəklər. Onda sən de ki, bəs elə isə qorxmursunuz?. De ki, əgər bilirsinizsə hər þeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacý olmayan kimdir? Onlar Allahýndýr deyə cavab verəcəklər. Bəs elə isə nə üçün qaçýrsýnýz?». (əl-Muminun 84-89).
      Gördüyünüz kimi, bu þeyləri müþriklər də belə rədd etmirdilər. Lakin onlar Lə iləhə illəllah kəlməsinin nə məna ifadə etdiyini baþa düþüb: «Əcəba o, ilahlarýn hamýsýný bir ilahmý edir. Bu doðrudan da, çox təəccüblü bir þeydir. Onlarýn əyanlarý çýxýb gedərək belə dedilər: Gedin öz ilahlarýnýza (ibadətdə) möhkəm olun». (Sad 5-6).
      Müþriklər, hətta cahillər də bu sözün həqiqi mənasýný bilirdilər. Özünün müsəlman olduðunu irəli sürən, müþriklərin, cahillərin bu kəlməni ondan daha yaxþý baþa düþdüklərini bildikdən sonra özünə müsəlman deyən insana heyrət edilir. Hətta bu insan etiqad etmədən sadəcə bu sözü hərflərlə tələffüz etməklə iþin bitdiyini zənn edir. Lə iləhə illəllahýn mənasýný müþriklərin və cahillərin ondan daha yaxþý bildiyi kimsədə xeyir yoxdur.
      Kimisi də bu kəlmədə məqsəd yalnýz Rububiyyət tövhidi olduðunu, yəni Allahdan baþqa yaradýcý, ruzi verən olmadýðýna inanmaq olduðunu zənn edirlər.
      Lakin bu belə deyil, Tövhid həm qəlb, həm dil, həm də əməl ilə olmasý qaçýnýlmazdýr. Əgər bir kimsə Tövhidi bilməklə əməl etməzsə, o kimsə Firon, Ýblis və s. bənzəri kimi bir kafirdir. Çünki qəlbin Tövhidinin arxasýndan söz və əməl ilə Tövhid gəlir. Əgər bir kimsə qəlbi ilə Tövhid edərsə, lakin Allaha söz və əməlləri ilə Tövhid etməyəcək olursa, bu kiþi haqqý kəsin olaraq bilməklə batil üzərinə israr və inadkarlýq edən kimsədir. «Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqlarý halda, haqsýz yerə və təkəbbürlük üzündən onlarý inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axýrý necə oldu?». (ən-Nəml 14). Musa da ona: «Sən bunlarýn məhz göylərin və yerin Rəbbi tərəfindən açýq-aþkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artýq məhv olmuþ zənn edirəm». (əl-Ýsra 102).
      Onlara görə ilah istər rəsul, cin, övliya, seyyid, aðac, daþ, qəbir və s. olsun, þəfa, övlad diləmək, ruzi istəmək və s. məqsədlər üçün yönlədilmiþ þeydir.
      Bəziləri hətta Ýnstituta girmək, öz övladlarýný evləndirmək üçün və s. boþ-boþ və faydasýz þeylərlə müraciət edirlər. Baxýn: Allah bizi Qurani-Kərimdə daima bu kəlməyə tərəf gəlməyimizi, ona sarýlmaðýmýzý və bu ayələrdə aðýl, hikmət sahibləri üçün ibrətlər, faydalar olduðunu buyurur: Bu Tövhidin təməl qaydalarýndandýr. Onun bənzəri heç bir þey yoxdur: «Ona bənzər heç bir þey yoxdur». (əþ-Þura 11) deyə etiqad edilir.
      O, yaratdýqlarýndan heç birinə bənzəməz. Yaratdýqlarýndan da heç biri ona nə zatýnda, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda bənzəməz. Heç bir þey ona güz çatdýrýb onu aciz buraxmaz. O, dilədiyi hər þeyi etməyə qadirdir. «Bir þeyi istədiyi zaman Allahýn buyurduðu ona ancaq: «OL!» deməkdir. O da dərhal olar». (Yasin 82).
      Heç bir þey ona zor gələ bilməz. Heç bir þey də onu gücündən qoya bilməz. «Göylərdə və yerdə Allahý aciz edə biləcək heç bir þey yoxdur». (Fatir 44).
      Bu onun qüdrətinin kamilliyindəndir. Nəyi dilərsə, o, olmuþdur, nəyi də diləməmiþsə, o, olmamýþdýr. Bu da onun Rububiyyətinin kamilliyindəndir. Ondan baþqa ilah yoxdur kəlməsi – Tövhid budur. Bütün Rəsullarýn çaðýrýþý da budur. «Biz hər ümmətə Allaha ibadət edin, Taðutdan çəkinin deyə Peyðəmbər göndərmiþdik. Onlarýn bir qismini Allah doðru yola yönəltmiþ, bir qismi isə haqq yolundan azmalý olmuþdur. (Ey müþriklər) yer üzündə dolaþýb görün ki, (Peyðəmbərləri) yalançý hesab edənlərin axýrý necə oldu». (ən-Nəhl 36).
      Allahdan baþqa ibadət olunmaða layiq heç bir ilah yoxdur deməkdir. Çünki yaradan, ruzi verən, hər þeyə malik də odur. Ondan baþqa ibadət edilənlərə isə ancaq və ancaq batil bir yolla ibadət olunmuþ olur. Bu belədir, çünki Allah haqqýn özüdür. «Çünki Allah haqq, müþriklərin ondan baþqa ibadət etdikləri (bütlər, tanrýlar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62).
      Baxýn: Bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahý buraxýb, ehtiyacý olan, möhtac, aciz olan hər hansý bir þeydən kömək istəmək olarmý? Fikirləþin.
      Tövhid üç növdür. 
1.RUBUBIYYƏT TÖVHIDI  2. ULUHIYYƏ

3. ISIM VƏ SIFƏTLƏRIN TÖVHIDI

 
 
   
Today, there have been 7 посетителей (27 хитов) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free