www.zuxruf.page.tl
Vaxt gedir  
  ANA SƏHİFƏ
  ƏQİDƏ
  ISLAM
  ŞƏHADƏT
  TЦVHID
  İSTİVA
  ƏRŞ VƏ KURSİ
  QİYAMƏT GЬNЬ MЦMİNLƏRİN RƏBLƏRİNİ GЦRMƏLƏRİ
  MƏHƏMMƏDUN RƏSULULLAH
  NAMAZ VƏ ZƏKAT
  ORUC
  HƏCC
  => HƏCC ZƏİFLƏRİN VƏ QADINLARIN CİHADIDIR
  Gallery
  ƏLAQƏ
  CHAT.MUSLIM
  NAMAZIN MЬXTƏSƏR TƏLİMİ
HƏCC

 
      Həcc – ibadət məqsədilə ilin müəyyən vaxtında Məkkəni ziyarət etmək. «Onun yolunda gücü çatan hər bir kəsin Həccə gedib o, evi ziyarət etməsi insanların Allah qarşısında borcudur». (Ali-İmran 97). Allah Bəytul-Haramı Həcc etməyi islamın rukunlarından olduğunu qeyd edir. Gücü çatan; sağlam olan və imkanı olan hər bir kəsin Həcc etməsi vacibdir. Həcc ömürdə bir dəfə vacibdir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allah üzərinizə həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər – səllallahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər mən hə desəm, sizə hər il həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı». İmkanı olanın həcc etməsi vacibdir. İbn Abbas – radyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Həcc etməyə tələsin. Çünki sizdən hər hansı bir kimsənin irəlidə başına nə gələcəyini bilməz». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Həcci gözəl bir şəkildə, günah və pis əməllərə yol vermədən edərsə evə anadan doğulmuş kimi qayıdar». «Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözəl Həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir».

 
 
   
Today, there have been 6 посетителей (26 хитов) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free