www.zuxruf.page.tl
Vaxt gedir  
  ANA SƏHİFƏ
  ƏQİDƏ
  ISLAM
  ŞƏHADƏT
  TЦVHID
  İSTİVA
  ƏRŞ VƏ KURSİ
  QİYAMƏT GЬNЬ MЦMİNLƏRİN RƏBLƏRİNİ GЦRMƏLƏRİ
  MƏHƏMMƏDUN RƏSULULLAH
  NAMAZ VƏ ZƏKAT
  => NAMAZI TƏRK EDƏNİN VƏ ZƏKAT VERMƏYƏNİN AQİBƏTİ
  ORUC
  HƏCC
  Gallery
  ƏLAQƏ
  CHAT.MUSLIM
  NAMAZIN MЬXTƏSƏR TƏLİMİ
NAMAZI TƏRK EDƏNİN VƏ ZƏKAT VERMƏYƏNİN AQİBƏTİ

      Namazı tərk edib, şəhvətlərə uyanların aqibəti Qiyamət günü çox pis olacaqdır. «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları Gəyy dərəsinə atacağıq». (Məryəm 59). «Sizi Cəhənnəmə salan nədir? Biz namaz qılanlardan deyildik». (əl-Mudəssir 42-43). Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: « Adam ilə şirk və küfür arasında namazı tərk etmək durur». Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Bizim ilə onların əhdi peymanı namazdır. Onu icra etməyən kafirdir». Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Kim namazı bilə-bilə tərk edərsəAllahın rəhməti onun üzərindən uzaq olar».
      Allah – subhənəhu və təalə – peşman və rüsvay olunacaq gündə, qızıl, gümüş zəkatını verməyənlərin aqibətini belə bəyan edir. «Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O, gün yığdıqları qızıl-gümüş Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq. Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını, acısını) dadın! Deyiləcəkdir». (ət-Tövbə 34-35). «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsisilik etdikləri şey Qiyamət günü boyunlarına dolaşacaqdır. Göylərin və yerlərin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır». (Ali-İmran 180). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir qövm zəkat malını verməzlərsə onlara səmadan yağış yağması əngəllənər və əgər heyvanlar olmasa, onlara heç bir şəkildə yağış yağmazdı».
 
 
   
Today, there have been 24 посетителей (46 хитов) on this page!
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free