Lə iləhə illəlləh kəlməsinin şərtləri olduğu kimi Məhəmmədən Rəsulullah – kəlməsinin də yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir. Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.
1. Peyğəmbər – səllallahu aleyhi və səlləm – in Allahın Rəsulu olduğunu etiraf etməli və qəlbnən ona etiqad etməlidir. «Möminlər yalnız Allaha iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir». (əl- Hucurat 15).
2. Məhəmmədən Rəsulullahı dili ilə söyləməli və etiraf etməlidir. «Bunlar (bu söyləniləndir) Allahın ayələridir ki, onları sənə doğru-düzgün bildiririk». (əl-Bəqərə 252).
3. Peyğəmbərə – səllallahu aleyhi və səlləm – tabe olmaq, buyurduqlarını yerinə yetirmək və qadağalarından çəkinmək. De ki: «Əgər Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızın üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali-İmran 31). Allah öz sevgisini qazanmaq istəyən Peyğəmbər – səllallahu aleyhi və səlləm – in sünnəsinə tabe olmalıdır.
4. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in verdiyi bütün xəbərləri təsdiq etmək. (Əmr, qadağalar, keçmişə və gələcəyə dair verdiyi qeybi xəbərləri). «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şüddətlidir». (əl-Həşr 7).
5. Peyğəmbər – sallallahu aleyhi və səlləm – i nəslindən, malından və cəmi insanlardan çox sevmək. «Peyğəmbər möminlərə onların özlərindən daha da yaxındır». (əl-Əhzab 6). Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizlərdən biriniz məni valideynlərindən, övladlarından və cəmi insanlardan çox sevmədikcə imanı kamil olmaz».
6. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sözünü yaradılmışların sözlərindən üstün tutmaq və onun sünnəsinə əməl etmək. «Ey iman gətirənlər! (sözləriniz və əməllərinizlə) Allahın və Peyğəmbərinin qabağına keçməyin». (əl-Hucurat 1).
7. Peyğəmbər – səllallahu aleyhi və səlləm – ə hörmət və ehtiram göstərmək. «Həqiqətən biz səni bir şahid, bir müjdəçi və qorxudan bir Peyğəmbər olaraq göndərdik. Allaha və onun Rəsuluna iman gətirsəniz, ona yardım etsəniz, onu böyük sayıb ehtiramını saxlayasınız və Allahı səhər –axşam təqdis edib şəninə təriflər deyəsiniz». (əl-Fəth 8-9).