Əl-Həsən b. Əli – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Mən həm qorxaq həm də zəif bir kimsəyəm. «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, halda silahsız cihada get. Həccə». Aişə – radıyallahu anhə – rəvayət edib deyir ki, Ey Allahın Rəsulu, cihad əməllərin ən fəzilətlisidir, bəs biz cihad etməyək. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyir, sizin üçün ən fəzilətli cihad həccdir».